Lazer epilyasiyasından sonra üzdə hansı problemlər ortaya çıxır? - CAVAB
26 dekabr 2022 17:22 (UTC +04:00)

Lazer epilyasiyasından sonra üzdə hansı problemlər ortaya çıxır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu lazer epilyasiyasından sonra üzdə yaranan sızanaqlarla bağlıdır.

Lazer epilyasiyasından sonra üzdə sızanaqlar yaranır. Hətta bu sızanaqlar qalıcı olur. 

Maraqlıdır, görəsən, yaranan bu sızanaq ləkələrini necə aradan qaldırmaq olar?

Dermatoloq Vaqif Abdullayev Lent.az-a açıqlamasında bildirib ki, əksər hallarda lazer epilyasiyasından sonra sızanaqların yaranması tüklərinin kökünün tam şəkildə yandırılmaması ilə bağlı ola bilər. 

Onun sözlərinə görə, bu sızanaqlar adətən qalıcı olmur:

"Qalıcıdırsa, bu epilyasiyadan qaynaqlanmır. Belə hal yaranarsa, dermatoloqa müraciət etməlidirlər. Biz pasiyentlərimizə düzgün mütəxəssislərlə işləməyi məsləhət görürük. Çinin nərdivan altı fabriklərində istehsal olunan cihazlardan istifadə etməməlidirlər. Avropadan gətirilən lazer cihazları daha keyfiyyətlidir. Bəzən də, bu problemlərin yaranması daxili səbəblərlə, avitaminozla (uzun müddət pəhriz saxlanılması və sağlam qidalanmama, həzm sistemi, qalxanabənzər vəzdəki problemlər, endokrinoloji xəstəliklər və s. ilə əlaqədar yaranan vitamin çatışmazlığı) bağlı olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Arzu Qurbanlı

Oxşar yazılar