Koronavirusun yeni dalğası barədə  XƏBƏRDARLIQ
04 iyul 2022 16:01 (UTC +04:00)

Koronavirusun yeni dalğası barədə XƏBƏRDARLIQ

“Pfizer”in rəhbəri Albert Burla koronavirusun yeni dalğası barədə xəbərdarlıq edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Burla bildirib ki, "Omicron" ştammı hələ də mövcuddur və ona nəzarət etmək olduqca çətindir. O, koronavirusun yeni dalğasının yaxınlaşdığını da elan edib:

“Pandemiyanın yeni dalğası yaxınlaşır. Bilirəm ki, bir çox insan dördüncü doza peyvənd olunmayıb. Amma ölüm riskini azaltmaq istəyiriksə, bu peyvəndləri vurdurmalıyıq”,  - Albert Burla deyib. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın iki ayda Avropada koronavirusa yoluxma hallarının artacağını ehtimal edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Sevinc Fərid

Oxşar yazılar