Son zamanlar bütün dünyada koronavirusa yoluxma halları artmağa başlayıb və amerikalı mütəxəssislərin fikrincə, bu mövsümdə virusun əlamətləri bir qədər dəyişib.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, yüngül COVID-19 olan insanlar indi yuxarı tənəffüs yollarının əlamətlərini daha çox hiss edirlər: burun axması, sulu gözlər və boğaz ağrısı, daha çox soyuqdəymə və ya allergik reaksiyanı xatırladır. Ancaq allergiya dərmanları kömək etmir, sonra xəstə həddindən artıq yorğunluqdan şikayət etməyə başlayır.
Həkim Tereza Lovins qeyd edib ki, koronavirus xəstələrində dərin öskürək, dad, qoxu itkisi, baş ağrıları və ya qızdırma daha az müşahidə olunur. Onun sözlərinə görə, ekspertlər belə dəyişikliklər gözləyirdilər, çünki demək olar ki, hər bir insan ya xəstələnib, ya peyvəndlənib, ya da hər ikisindən biri olub. Yəni insanlar artıq müəyyən səviyyədə immunitet formalaşdırıblar və orqanizm virusla qarşılaşdıqda artıq onunla mübarizəyə daha yaxşı hazırlaşır.
Bununla belə, bu o demək deyil ki, COVID-19, hətta xəstəlik soyuqdəyməyə bənzəməyə başlasa belə, yüngül qəbul edilməlidir.