İsrailli alimlər: Saçların düzləndirilməsi böyrək çatışmazlığına gətirib çıxara bilər
11 fevral 2023 04:46 (UTC +04:00)

İsrailli alimlər: Saçların düzləndirilməsi böyrək çatışmazlığına gətirib çıxara bilər

İsrailin “Şaarey Sedek” xəstəxanasının tədqiqatçıları bu qənaətə gəliblər ki, saçların düzləndirilməsində istifadə olunan vasitələrin tərkibindəki qlioksil turşusu böyrək çatışmazlığına səbəb ola bilər.

Lent.az İsrail mətbuatına istinadla xəbər verir ki, tədqiqatın nəticələri Amerika böyrək xəstəlikləri jurnalında dərc olunub.

Qlioksil turşusu təkcə saçların uzun müddətə düzləndirilməsində deyil, həm də saç düzümlərində istifadə olunan kosmetik vasitələrin əksəriyyətində tətbiq olunur.

İsraildə saç düzləndirilməsindən istifadə edən 38 nəfər qadında böyrək çatışmazlığı aşkarlanıb. Xoşbəxtlikdən böyrəklərin zədələnməsi qısamüddətli olub, lakin zərərçəkənlərin bəzisi bir neçə həftə dializdə olub, bir neçə nəfər isə reanimasiyaya yerləşdirilib. Həmin dövrədək bu insanların əksəriyyətinin sağlamlıqla bağlı problemi olmayıb. Xəstəliyin əlamətləri arasında ürək bulanması, qusma, səpmə olub.

Qlioksil turşusu orqanizmə dəri vasitəsilə keçərək, qan dövriyyəsinə və böyrəklərə düşə və onların zədələnməsinə səbəb ola bilər. Həkimlər şübhələnirlər ki, qadınların əksəriyyətinin yaşadıqları yüngül simptomlar statistikaya daxil edilməyib.

İsrail kosmetik vasitələrdə qlioksil turşusundan istifadəyə qadağa tətbiq edən ilk ölkəyə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar