İnəklər insanlar üçün donor  ola bilər
27 noyabr 2023 14:06 (UTC +04:00)

İnəklər insanlar üçün donor ola bilər

Diş implantları üçün inəklərdən donor kimi istifadə ideyası irəli sürülüb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, diş greftləri üçün material inəklər tərəfindən təmin edilə bilər. 
    
Belə ki, diş və sümük greftləri üçün insan donorları yerinə heyvanlardan almaq mümkündür. Ancaq bu zaman söhbət dəli dana xəstəliyinin olmadığı Avstraliyada xüsusi olaraq yetişdirilən sümüklü inəklərdən gedir. 

Məlumata görə, diş sümüyü greftləri hazırlamaq üçün əvvəldən razılıq almış sağ insanların sümüklərindən istifadə edilir.

Alimlər bildirir ki, ksenotransplantasiya hələ indi populyarlıq qazanır. Pandemiya ilə ağırlaşan implant çatışmazlığı kontekstində heyvan hissələrinin insanlara transplantasiyası üçün istifadəsini nəzərdə tutan transplantasiya növü getdikcə məşhurlaşır. İnəklər bunun üçün ən uyğun heyvan seçimidir. Çünki onlarda iribuynuzlu süngər ensefalopatiyası və ya quduzluq tarixi yoxdur. Onlar da mütəmadi olaraq tibbi müayinədən keçirlər. Bu üsul materialın qəbulunu, yüksək temperaturda emal, təmizləmə və sterilizasiya üçün xaricə göndərilməsini nəzərdə tutur. Daha sonra biouyğun implant yaratmaq üçün istifadə olunduğu Avstraliyaya qaytarılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Sevinc Fərid

Oxşar yazılar