İmmuniteti zəiflədən   qidalar və vərdişlər hansılardır - CAVAB
10 fevral 2023 18:34 (UTC +04:00)

İmmuniteti zəiflədən qidalar və vərdişlər hansılardır - CAVAB

 Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu immunitet zəiflədən qidalar ilə bağlıdır.

Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insanlar tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. İmmunitet-orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb edib. 

Maraqlıdır bəs, immuniteti zəiflədən qidalar və vərdişlərə nələr daxildir?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb. 

Onun sözlərinə görə, immun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var:

"Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir.

Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir.
Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501
avatar

Fidan İlqar

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14