İdmanla viruslara qalib gələ bilərsiniz
15 yanvar 2024 17:12 (UTC +04:00)

İdmanla viruslara qalib gələ bilərsiniz

“Fiziki aktivlik və idmanla koronavirusa qarşı necə mübarizə aparmaq olar?”

İdman və fiziki aktivlik hər şeydən əvvəl, immuniteti möhkəmləndirir, hormonları stabilləşdirir və qan dövranını normaya salır. Bu isə koronavirus infeksiyası ilə mübarizə aparmağı asanlaşdırır və ona görə də, idmanla məşğul olan insanlar koronavirusa yoluxanda belə, adətən xəstəliyi daha yüngül, daha rahat keçirirlər. Ümumiyyətlə, sağlam həyat tərzi keçirən insanlarda həm respirator xəstəliklər, həm də xroniki xəstəliklər daha az rast gəlinir.

Lent.az xəbər verir ki, bunu fizioterapevt-reabilitoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Afət Çəndirli bildirib. 

Mütəxəssis bildirib ki, sağlam həyat tərzi dedikdə, yalnız idman və fiziki aktivlik nəzərdə tutulmur, bura həm də sağlam qidalanma, zərərli vərdişlərdən çəkinmə və sairə aiddir: "Onu da qeyd etmək istəyirəm ki, idman özü koronavirusa qarşı xüsusi toxunulmazlıq yaratmır. Yəni, kimsə idmanla məşğul olduğuna görə koronavirusa yoluxmayacağını düşünürsə, bu yanlış fikir olar. İdman dolayı yolla hər hansı infeksiyaya qarşı insan orqanizminin müqavimətini artırır".

Onun sözlərinə görə, həftədə ən azı iki dəfə idmanla məşğul olan insanlarda, bir qayda olaraq, infeksiyanın gedişini ağırlaşdıra biləcək yanaşı xəstəliklər olmur. Xüsusilə, bu, ürək-damar xəstəliklərinə və şəkərli diabet xəstəliyinə aiddir. İdmanla məşğul olmaq bu xəstəliklərin qarşısını almağa çox yaxşı kömək edir. Orta dərəcəli idman növləri ilə məşğul olmaq, Virus xəstəliyi zamanı çox vacib olan bədən toxumalarında qaz mübadiləsini yaxşılaşdırır və bununla da ağciyərlərdə tıxanma riskini azaldır: "Bununla yanaşı, fiziki aktivlik zamanı stress hormonlarının miqdarı azalır və iltihabi reaksiyalar yavaşlayır. Eyni zamanda, limfositlər, monositlər və digər immun hüceyrələrinin səviyyəsi yüksəlir. Əgər bir insan infeksiyanı yüngül formada keçirmək üçün pandemiya zamanı ilk dəfə fiziki aktivliklə məşğul olmağa qərar verirsə, bunun üçün yüngül kardio hərəkətləri və yumşaq fitness daha uyğundur.

Virus xəstələrində yüksək temperatur olarsa, məşqə davam etmək təhlükəlidir. Bu vəziyyətdə idman hərəkətləri ürək-damar sisteminə əlavə yük ola bilər. Yalnız hərarətiniz normaya düşdükdən sonra fiziki fəaliyyətə davam etmək olar, amma bunu əvvəlki rejimdə yox, daha yüngül formada etmək lazımdır. Bir həkim kimi tənəffüs gimnastikasını da məsləhət görərdim.

Amma buna yalnız vəziyyətiniz stabilləşdikdən sonra başlaya bilərsiniz. Ağciyər funksiyasını bərpa etmək üçün bütün kateqoriyalı xəstələrə tənəffüs məşqləri üçün reabilitasiya proqramı tərtib edilir. İdmanla təkcə pandemiya dövründə deyil, daim məşğul olun, fiziki aktiv həyat tərzin keçirin ki, həmişə infeksiyalardan və digər xəstəliklərdən uzaq olasınız".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar