Hər dərdə dərman və ən ucuz müalicə -  Onu sirr kimi gizlədirlər
23 iyun 2022 19:29 (UTC +04:00)

Hər dərdə dərman və ən ucuz müalicə - Onu sirr kimi gizlədirlər

Lent.az tarixin çox gizli və unutdurulan bir səhifəsinə işıq tutmaq istəyir.

1931-ci ildə amerikalı məşhur alim Raymond Rif virusların müəyyən səs və işıq dalğalarının təsiri altında məhv olduğunu görüncə böyük bir elmi kəşf etmiş oldu. Raymond Rif illərlə apardığı tədqiqatlar nəticəsində herpes, polomielit, uşaqlarda serebral iflic, meningit, tetanus, qrip və çoxsaylı təhlükəli virusları məhv edən səs tezliklərini aşkarladı və uğurla tətbiq etdi.


1934-cü ildə Cənubi Kaliforniya Universiteti Pasadena xəstəxanasında ölümcül xərçəng xəstələrini müalicə etmək üçün Rifin San Dieqo laboratoriyasına göndərdi. 

Xüsusi Tibbi Araşdırma Komissiyası yaradıldı. Məqsəd xərçəng xəstələrinin  müəyyən səs dalğalarının təsiri altında sağalıb-sağalmayacağını öyrənmək idi. Komissiya 90 günlük müalicədən sonra xəstələrin 86,5%-nin tam sağaldığı qənaətinə gəldi. Qalan 13,5 faiz xəstə müalicə proseduranda edilmiş kiçik bir dəyişiklikdən 4 həftə sonra tam sağaldı. Doktor Raymond Rif xərçəng xəstələrini heç bir dərman tətbiq etmədən, sadəcə səs dalğalarına məruz qoymaqla müalicə etmişdi.

Doktor Rifin müalicə sistemində müvəffəqiyyət şansı 100 faiz təşkil edirdi. 1931-ci il noyabrın 10-da  Pasadena xəstəxanası doktor Rifin şərəfinə “Bütün xəstəliklərin sonu” adlı böyük bir ziyafət verdi, ziyafətdə 44 nüfuzlu tibb doktoru da iştirak edirdi. Həmin gün doktor Rifin əlini sıxmağa çalışan 44 professor 8 il sonra Rifi tanımadıqlarını bəyan etdilər. 

Səbəb 1934-cü ildə baş verənlər idi. 1934-cü ildə Amerika Tibb Birliyinin rəhbərliyinə keçmiş biznesmen Morris Fişbeyn doktor Rifə külli miqdarda pul təklif edərək, səs dalğaları ilə müalicə məsələsində susmağını istədi. Doktor Rif təklifi  rədd edincə fəlakətlər bir-birinin ardınca düzüldü. Rifin Nyu-Cersidəki Burnet laboratoriyasından bütün tədqiqatlarının nəticələrini əks etdirən hər şey oğurlandı. Laboratoriya yandırıldı. Doktor Rifin 50 illik əməyi məhv edildi. Doktor Rif də, onun tərəfini  tutan bütün doktorlar da təqib altına alındılar. Rifin müalicə yöntəmlərini görmüş bütün doktorlara gördüklərini unutdurmaq üçün külli miqdarda bəxşişlər verildi. Rifin dostları doktor Couc və doktor Milbank istisna olmaqla, hər kəs köhnə qaydalarla dərman müalicəsinə geri döndü. 


Beləcə yeni nəsillər doktor Rifin müalicə metodlarından xəbər tutmadan tibb universitetlərini bitirdilər. Bütün əməyinin heç olmasından ağır zərbə  alan doktor Rif təqiblər nəticəsində susmalı oldu və içkiyə qurşandı.

1986-cı ildə doktor Barri Lines tərəfindən yazılan “İşə yarayan xərçəng müalicəsi” adlı kitabda doktor Rifin müalicə metodlarından  geniş bəhs edilib.

Hazırda bu müalicə üsulunun geniş yayılmasına əczaçılıq şirkətləri, tibb industriyası imkan vermir. Çünki tibb sənayesi hər il  kimlərəsə milyardlar qazandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar