Otorinolarinqoloq Vladimir Zaitsev xorultudan xilas olmağın yolunu açıqlayıb.
Lent.az xəbər verir ki, xorultunu aradan qaldırmağın alternativ yolu normal yuxu rejimindən keçir.
Həkimin sözlərinə görə, ortopedik yastıqlara diqqət yetirilməlidir.
“Əsasən, yastıqlar böyük olmalıdır. Çox vaxt yastiqlar şaquli şəkildə baş altına qoyulur. Ancaq bu doğru deyil. Çünki bu zaman boyun daim əyiləcək və nəfəs almağa mane olacaq”, - deyə həkim qeyd edib.
O əlavə edib ki, aktiv həyat tərzi, o cümlədən yerimək və daimi hərəkət etmək də gecələr xoruldamanın qarşısını almağa kömək edəcək.