Həddindən artıq qəhvə içənlərə  XƏBƏRDARLIQ: Ölə bilərsiniz
25 sentyabr 2024 10:53 (UTC +04:00)

Həddindən artıq qəhvə içənlərə XƏBƏRDARLIQ: Ölə bilərsiniz

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı çox yüksək qan təzyiqi olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini iki dəfə artıra bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gündə iki və ya daha çox fincan qəhvə ürək problemlərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. 

Maraqlıdır ki, 2-ci mərhələdə hipertoniya (təzyiq 140/90 mmHg-dən yuxarı) olan insanlar üçün kofein bu təsirə malik deyil və ürək çatışmazlığı riskini artırmır. Eyni zamanda, əvvəlki tədqiqatlar qəhvənin müxtəlif təsirlərini göstərib. Bununla belə, kofeinin uzun müddətli qan təzyiqi və ya ürək problemlərinə səbəb ola biləcək kumulyativ təsirə malik olduğuna dair qəti sübut hələ yoxdur.

Doktor Hiroyasu İsonun rəhbərlik etdiyi tədqiqat müəllifləri qəhvənin müxtəlif dərəcəli hipertansiyonlu insanlara təsirinin təhlilinə diqqət yetiriblər. Onlar eyni qrupda yaşıl çayın təsirlərini də araşdırıblar, lakin onun istehlakı ilə ürək-damar xəstəliklərindən ölüm nisbəti arasında heç bir əlaqə tapmayıblar.

Tədqiqat 12 mindən çox qadın və 6,5 min kişi Yaponiyadan olmaqla, 20 minə yaxın insanı əhatə edib. Təxminən 20 il ərzində iştirakçılar yemək vərdişləri, o cümlədən içdikləri kofenin miqdarı, həmçinin sağlamlıq vəziyyətləri barədə məlumat veriblər. Alimlər iştirakçıları qan təzyiqi səviyyəsinə görə normaldan kritik yüksək səviyyəyə qədər beş qrupa bölüblər. Məlum olub ki, qəhvə istehlakı ilə ölüm arasında əlaqə yalnız qan təzyiqi 160/100 mmHg-dən yuxarı olan insanlarda müşahidə olunub. 

Gündə iki və ya daha çox fincan qəhvə içən çox yüksək qan təzyiqi olan insanların tədqiqat dövründə ürək-damar xəstəliklərindən ölmə riski iki dəfə artıb. Ancaq gündə bir fincan qəhvə ilə məhdudlaşanlar arasında belə bir risk qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Arzu Qurbanlı

Oxşar yazılar