Hansı pəhriz  qocaların sağlamlığını   yaxşılaşdırır?
18 dekabr 2022 13:18 (UTC +04:00)

Hansı pəhriz qocaların sağlamlığını yaxşılaşdırır?

Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, Aralıq dənizi pəhrizinə riayət etmək 60 yaşdan yuxarı insanların fiziki və idrak sağlamlığını yaxşılaşdırır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci ilin fevral və may ayları arasında 60 və daha yuxarı yaşda olan, koqnitiv geriləmə və ya demensiyadan əziyyət çəkməyən Avstraliya sakinləri sorğularda iştirak etməyə dəvət olunublar. Onların sağlamlığını və həyat keyfiyyətini qiymətləndirmək üçün 75 sualdan ibarət anketdən istifadə edilib.

Onlayn sorğu 303 iştirakçı tərəfindən doldurulub. Tərəvəzin yüksək istehlakı (gündə iki və ya daha çox fincan) və şəkərlə şirinləşdirilmiş içkilərin az istehlakı (gündə 250 ml) yüksək idrak və funksional qabiliyyətlərlə əlaqələndirilib.

Aralıq dənizi pəhrizinə riayət idrak pozğunluğu riskini (cinsdən, yaşdan və ya çəkidən asılı olmayaraq) azaldıb və eyni zamanda daha çox funksional sərbəstliklə (alış-veriş, yemək bişirmək, təmizlik etmək və hərəkət etmək bacarığı) bağlı olub.

Ancaq bir insanın şəkərli diabet, yuxu pozğunluğu, aşağı fiziki fəaliyyət və siqaret çəkməsini nəzərə alaraq, əlaqə daha az aydınlaşıb və bu, ümumi sağlam həyat tərzinin vacibliyini göstərir.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Oxşar yazılar