Trampın içində olduğu  helikopter son anda  qəzadan qurtuldu
06 avqust 2026 10:07 (UTC +04:00)

Trampın içində olduğu helikopter son anda qəzadan qurtuldu

0

ABŞ Prezidenti Donald Trampın göyərtəsində olduğu “Marine One” helikopteri Vaşinqton hava limanı yaxınlığında digər təyyarə ilə təhlükəli dərəcədə yaxın məsafədən keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumata görə, hava hərəkəti dispetçerləri ekipajların fəaliyyətini vaxtında koordinasiya etdikləri üçün mümkün toqquşmanın qarşısı alınıb. Hazırda insident ABŞ-ın aviasiya qurumları tərəfindən araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb və prezidentin uçuşu planlaşdırıldığı kimi normal qaydada davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar