Şəkidə 7 hektarlıq  ərazidə yanğın başverdi
05 avqust 2026 22:35 (UTC +04:00)

Şəkidə 7 hektarlıq ərazidə yanğın başverdi

0

Şəkidə açıq ərazidə yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar