Tərtərdə dəhşətli yanğın hadisəsi olub.
Lent.az-ın xəbərinə görə, hadisə səhər saat 6 radələrində rayon mərkəzində qeydə alınıb.
Burada yaşayış evlərinin birində güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın söndürüldükdən sonra mənzildən 2 meyit aşkarlanıb.
Faciəvi şəkildə yanaraq ölənlərin ev sahibi 85 yaşlı Səmədov Əsgər Vəli oğlu və arvadı 72 yaşlı Hüseynova Adilə Soltan qızı olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.