Hansı dadlı nemətlər  yuxuya getməyinizə mane olur?
05 iyul 2022 09:09 (UTC +04:00)

Hansı dadlı nemətlər yuxuya getməyinizə mane olur?

Pəhriz yuxu keyfiyyəti və gözlənilən ömür uzunluğu da daxil olmaqla sağlamlığa böyük təsir göstərə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislərin fikrincə, müəyyən qidalardan qaçmaq lazımdır.

"Dondurmanın tərkibində çoxlu şəkər var, bu da insulin səviyyəsini yüksəldə bilər ki, bu da yuxuya getməyi çətinləşdirir", - For the Ageless təşkilatının təsisçisi, qidalanma və yuxu mütəxəssisi Daniel Peres Vidal bildirib.

O, həmçinin yaxşı bir gecə yuxusu almaq üçün qaçınılması lazım olan digər əsas qida və içkiləri sadalayıb. Mütəxəssisin sözlərinə görə, şəkər də kofein kimi stimullaşdırıcıdır, ona görə də onlardan istifadədən qaçmaq lazımdır.

"Pendir, karri (hind ədviyyatıdır. Tərkibinə: hil, sarıkök, zəncəfil, döyülmüş istiot, keşniş daxildir-red.), dondurma və tortlar kimi kəskin qidaları yeməklərdən də çəkinmək lazımdır", - o deyib.

Qidalanma mütəxəssisi yatmazdan əvvəl kofeindən uzaq durmağı məsləhət görüb.

Onun fikrincə, kofein stimullaşdırıcıdır və yatmazdan 4-6 saat əvvəl qəbulu dayandırılmalıdır.

“Yeməyə gəldikdə, ümumiyyətlə, yatmazdan əvvəl yemək tövsiyə edilmir. Yemək yeyərkən, vücudunuz qidaları enerjiyə çevirir, yatmağa çalışdığınız zaman bundan yayınmalısınız. Bu, həzm pozğunluğuna da səbəb ola bilər, yuxuya getməyi çətinləşdirir”, - ekspert əlavə edib.

Vidal onu da qeyd edib ki, karri və digər ədviyyatlı qidalar maddələr mübadiləsini sürətləndirir və bu da insanın özünü daha gümrah hiss etməsinə səbəb ola bilər.

“Pendir, qida dözümsüzlüyü siyahısında olan bir şeydir, buna görə də bir az pendir dözümsüzlüyü olanlar üçün şişkinlik, mədə iltihabı və qaz riski artır, bu da yuxuya getmək istəyən insanı çox narahat edir.

Bərk pendirlərdə noradrenalin (dopamindən (bədəndə təbii olaraq istehsal olunan kimyəvi maddə) sintez olunur. Böyrəküstü vəzilərin medullasından hormon kimi qana salınır-red.) istehsalını artıran tiramin-amin turşusu var. Bu, sizi daha ayıq saxlaya bilər və yuxuya mane ola bilər", - ekspert izah edib.
 

# 2430
avatar

Oxşar yazılar