Hamilələri mövsümi xəstəliklərindən qoruyan TÖVSİYƏLƏR
21 yanvar 2023 15:35 (UTC +04:00)

Hamilələri mövsümi xəstəliklərindən qoruyan TÖVSİYƏLƏR

Qış mövsümündə temperaturun düşdüyünə və günəş şüalarının azaldığına görə infeksiyalar sürətlə yayılır. Buna görə hamıdan çox hamilə xanımlar maksimum ehtiyatlı olmalıdır.

Lent.az xəbər verir ki, həkim, professor Ali Metin Celep hamilələrə bir neçə tövsiyələr verib. O bildirib ki, hamilələr xəstəlik riskini azaltmaq üçün ilk növbədə lazım olan peyvəndləri etdirməlidir.

Daha sonra immuniteti artırmaq üçün dəmir tərkibli və C vitamini ilə zəngin qidalar qəbul olunmalıdır. Kələm, brokoli, ispanaq və kəvər qida rasionundan əskik olmamalıdır. Bu tərəvəzlər qəbizliyi aradan qaldırır, zərərli maddələri bağırsaqlardan xaric etməyə kömək edir. Mandalin, portağal, kivi kimi meyvələr tərkibində bol miqdarda C vitamini olduğuna görə immuniteti gücləndirir.

Bundan başqa, hamilələr həftədə 1-2 dəfə təzə balıq yeməlidir. Balığın tərkibindəki Omega 3 və D vitamini sümüyü və dişləri bərkidir. Təzyiqi normallaşdırır və bədəni gümrahlaşdırır.

Hamilələrin diqqət etməli olduğu şeylərdən biri də yetərli qədər su içməkdir. Su qızdırmanı, öskürəyi, burun axması kimi simptomları bədəndən dəf etməyə kömək edir. Həkim tövsiyəsi olmadan heç bir dərmanı qəbul etməyin. Yalnız həkimlə məsləhət edib lazımlı dərmanları qəbul etmək olar. Məsələn, bunlar vitaminlər, infeksiyaya qarşı və s. dərmanlar ola bilər.

Həkim bundan əlavə deyir ki, mövsüm dəyişkənliyinə görə tərləyib soyuqlamamaq, allergiya olmamaq üçün hamilələr sintetik və polyester material olan paltarları geyinməməlidir. Pambıq, yun materiallardan istifadə etməyiniz məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Nigar Namiq

Oxşar yazılar