Günün bu saatında yemək ürək fəaliyyətini  yaxşılaşdırır – Dietoloq
20 noyabr 2023 09:56 (UTC +04:00)

Günün bu saatında yemək ürək fəaliyyətini yaxşılaşdırır – Dietoloq

Düzgün səhər yeməyi ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. 

Lent.az xəbər verir ki, bu barədə tanınmış diyetoloq Yuliya Lemetina bildirib. 

Həkim yumurta və emal edilmiş ət məhsullarını qoz-fındıq ilə əvəz etməyi məsləhət görüb.

Onun sözlərinə görə, səhər yeməyində yeyilən sadəcə bir ovuc qoz ürəyin fəaliyyətini 17% yaxşılaşdırır və şəkər xəstəliyinə tutulma riskini azaldır. Belə ki, 50 qram kolbasanı paxlalılar və ya qoz-fındıq ilə əvəz edən insanlarda ürək-damar xəstəlikləri riski 23% azaldığı məlum olub. 

Həkim səhər yeməyi üçün həmçinin meyvə salatı hazırlamağı tövsiyə edib. Bunun üçün sizə alma, armud, portağal, yarım stəkan badam, bir ovuc qoz kifayətdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4344
avatar

Sevinc Fərid

Oxşar yazılar