Bir çox insan qara çayı o qədər sevir ki, hər gün bu içkidən bir neçə stəkan içirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çayın tərkibində kofein və digər birləşmələr var ki, onların artıqlığı orqanizm üçün ciddi təhlükə yaradır.
Təbii ki, çayla həddi aşmaq olmaz. Gün ərzində insan orqanizminə 300 mq-dan çox kofeinin daxil olmaması məsləhətdir. Bu miqdar üç orta stəkan qara çayda olur. Bu, aşılmamalı olan normadır.
Digər çay növlərinin daha az kofein ehtiva etdiyini vurğulamaq lazımdır. Yaşıl çay istehlak dərəcəsi sağlam insanlar üçün aktualdır.
Müəyyən xəstəlikləriniz (yuxusuzluq, hipertoniya, mədə-bağırsaq problemləri) varsa, çayı daha az içməlisiniz.