Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət
08 avqust 2025 17:44 (UTC +04:00)

Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət

Göz formasındakı dəyişikliklər və ya görmə qabiliyyətinin zəifləməsi təkcə oftalmoloji problem deyil, həm də daxili orqanların fəaliyyətində pozuntu əlaməti ola bilər. Bu dəyişikliklər bəzən sağlamlığı və hətta həyatı xilas edə biləcək əlamətlərdir.

Lent.az xarici mediaya itinadən gözlərdəki problemlərlə bağlı xəbər verir.

1. Gözlərdə yanma hissi – ABŞ-lı həkim Amir Xan bildirib ki, gözlərdə yanma hissi qalxanabənzər vəzi ilə bağlı problemlərin əlaməti ola bilər. Bu halda qan analizindən keçmək tövsiyə olunur.

2. Gözlərin irəli çıxması (ekzoftalm) – bu, əsasən autoimmun tirotoksikozun, xüsusilə də Qreyvs xəstəliyinin əlamətidir. Bu zaman immun sistemi həm qalxanabənzər vəziyə, həm də göz arxasındakı toxumalara hücum edir, bu da göz əzələlərinin iltihabına, toxumaların şişməsinə və gözlərin irəli çıxmasına səbəb olur.

3. Göz qapağının sallanması (ptoz) – əgər birdən birə bir göz qapağınızın aşağı sallandığını görsəniz, bu nevroloji pozğunluğun və ya insultun ilkin xəbərdarlığı ola bilər. Bu hal ani baş verərsə, nitqdə anlaşılmazlıq və ya bədəndə zəiflik müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır.

4. Bulanıq görmə – əgər qəfil bulanıq görmə ilə yanaşı susuzluq və yorğunluq hiss edirsinizsə, bu yüksək qan şəkərinin və diabetin başlanğıcının əlaməti ola bilər. Diabet gözün arxa hissəsindəki kiçik qan damarlarına ziyan vurur və bu, oftalmoloq tərəfindən yoxlanmalıdır.

5. Göz almasının ətrafında sarı halqa – bu, yaşlanma, yüksək xolesterin və ya qaraciyər pozğunluqları nəticəsində baş verə bilər. Gözün sarı rəngə boyanması qanda bilirubinin artması ilə əlaqədardır və hepatit, sirroz, öd yollarının problemləri və ya hemolitik anemiya nəticəsində baş verə bilər.

6. Alt göz qapağının içinin solğun rəngdə olması – bu, orqanizmdə hemoglobin çatışmazlığının – yəni anemiyanın göstəricisi ola bilər. Normalda alt göz qapağının içi çəhrayı və ya qırmızımtıl olur. Əgər rəngi çox solğundursa, bu, hemoglobinin aşağı səviyyədə olduğunu göstərə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar