Göbələk xəstəliyinə qarşı təsirli bitki müalicə üsulları var.
Lent.az Mehmet Uçarın toplayıb yazdığı “Göbələk xəstəliyinə qarşı təsirli bitki müalicə üsulları”nı sizə təqdim edir:
1. Sarımsaq
Əvvəlcə göbələk mikrobunu öldürücü təsirə malik sarımsaqdan danışaq. Bununçün hər gün salat və ya yeməklərə 2-3 diş çiy sarımsaq qatıla, qatığa doğranıb yeyilə bilər.
Sarımsağın birbaşa dəriyə tətbiq edilməsi qıcıqlandırıcı təsir göstərəcəyi üçün onun yerinə əzilmiş sarımsağı zeytun yağı və ya hind qozu yağı ilə qarışdırmaq, sonra pambığı qarışığa batırıb göbələk olan hissəyə incə bir təbəqə halında sürtmək, 2 saat gözləyib durulamaq və yaxşılaşana qədər gündə 2 dəfə etmək lazımdır.
2. Sarıkök (zərdəçal)
İçindəki kurkumina (curcumin) komponenti ilə sarıkök göbələk əleyhinə ciddi təsirə malikdir, xüsusilə, əl və ayaq göbələklərində istifadə edilir. Sarıkök bitkisi tozuna su əlavə olunaraq qarışdırılır, xəmir halına gətirilir, krem kimi sürtülür, yaxşıca qurulanması gözlənilir və təxminən 15 dəqiqədən qədər sonra bol su ilə yuyulub qurudulur. Bunu hər gün təkrar etmək olar.
Sarıkök tozunu Hindistan qozu yağı ilə də qarışdıra və məcun halında göbələkli bölgəyə sürtmək mümkündür. Amma bunu da qeyd edək ki, sarıkök tətbiqi dərinizin sarı görünməsinə səbəb olsa da, bir neçə günə itir, narahat olmayın.
3. Tərəvəzlər
Sizdə göbələk xəstəliyi varsa, kök, turp, çuğundur, kartof kimi nişasta nisbəti yüksək tərəvəzlərdən uzaq dayanılmalıdır. Onların yerinə brokoli, gül kələm və quşqonmaz kimi qaynadılmış təzə tərəvəzlər seçilməlidir. Çünki çox şəkərli şeylər yeyilməsi göbələyin artmasını sürətləndirir.
4. Alma sirkəsi
Alma sirkəsi göbələk qaşıntısını aradan qaldırmağa kömək edir. Pambıq alma sirkəsinə batırılıb göbələk olan bölgəyə sürtülür və 2-3 dəfə təkrarlanır.
5. Süd məhsulları
Laktik turşu maddələri ilə mayalanan süd məhsulları çox yaxşı bir probiotik qaynaqdır. Ayran, qatıq, pendir, kefir kimi süd məhsulları faydalı mikrobların sayını artıraraq göbələk xəstəliyinə qarşı bədəni dəstəkləyir.
6. Neem ağacı yarpağı
Neem ağacı yarpaqları da dəri xəstəlikləri yaradan mikrob və dəri göbələyini ortadan qaldıra bilir. Belə ki, Neem yarpaqları bir neçə dəqiqə qaynadılır, soyuduqdan sonra göbələk olan bölgəyə sürtülür.
7. Kətan və çia toxumları
Kətan və çia toxumları probiotiklerin böyüməsini dəstəkləyərək göbələk xəstəliyinə qarşı bədənə müqavimət qazandırır. Kətan və çia toxumları salat və ya qatığa qatılaraq yeyilə bilər.
8. Hindistan qozu yağı
Hindistan qozu yağı ancaq yüngül və orta dərəcəli göbələyə təsirli olur. Necə tətbiq edilir? Hindistan qozu yağı göbələkli sahəyə gündə 3 dəfə sürtülür. Göbələk aradan qalxsa da, bu yağı nəmləndirici krem kimi bir neçə həftə boyu tətbiq edə və gələcəkdə yarana biləcək göbələk infeksiyasının qarşısını ala bilərsiniz.
9. Kəklik yağı
Göbələyin böyüməsini dayandıra bilən digər yağ kəklik yağıdır ki, infeksiya düşmüş dəriyə gündə 2-3 dəfə tətbiq olunması məsləhətdir.
10. Çay ağacı yağı
Çay ağacı yağı göbələk müalicəsində təsirli olan və geniş tətbiq olunan uçucu bir yağdır. Hind qozu yağı ilə 2 faizlik çay ağacı yağı qarışdırılır və göbələkli bölgəyə gündə 2-3 dəfə sürtülür.
11. Xardal
Xardal yağı da göbələyə qarşı təsirlidir. Bir qaşığa yaxın xardal yağı göbələk olan bölgəyə sürtülərək təxminən yarım saat gözlədilir, sonra çimməklə bu yağ yığınları təmizlənir. Yaxşı nəticə əldə etmək üçün bunu 1-2 həftə davam etdirmək çox əhəmiyyətlidir. Bundan başqa, xardalı toz olaraq da götürüb bir miqdar su ilə xəmir halına gətirmək, göbələk olan bölgəyə masaj edərək sürtdükdən sonra quruyana qədər gözləmək, quruyduqdan sonra bol su ilə durulamaq lazımdır.
12. Qovunağacı (Papaya) bitkisi:
Bir parçası kəsilərək göbələk üzərinə sürtülən, anlıq sakitləşdirici təsir göstərən yetişmiş qovunağacı bitkisi isə həm də dəridə yanma və qaşıntını yüngülləşdirir və insanı rahatlaşdırır.