Gen xəstəliyini hansı testlər müəyyənləşdirir? - CAVAB
20 dekabr 2022 12:11 (UTC +04:00)

Gen xəstəliyini hansı testlər müəyyənləşdirir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu genetik xəstəliklərin testlərlə müəyyənləşdirməsi ilə bağlıdır.

Genetik test, genotipik dəyişikliklərin, insan DNT-nin, RNT-nin, xromosomların, zülalların və bəzi metabolitlərin klinik məqsədlər üçün irsi xəstəliklə əlaqəli xromosomlarının aşkarlanması kimi ifadə edilə bilər. Buna görə bu testlər fərdi xarakter daşıyır.

Maraqlıdır, görəsən, testlər sayəsində genetik xəstəlikləri müəyyənləşdirmək mümkündürmü?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Bayramov bildirib ki, genetik testlər diaqnozu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcək. 

Onun sözlərinə görə, bunun üçün genetika mütəxəssisinə müraciət etmək tövsiyə olunur:

"Genetik testlərin sayı və müxtəlifliyi çox genişdir. Məhz buna görə də bu seçimi mütəxəssis özü etməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Arzu Qurbanlı

Oxşar yazılar