Epidemik alovlanma, yeni ştamm... - Baş infeksionist AÇIQLADI
05 aprel 2022 18:00 (UTC +04:00)

Epidemik alovlanma, yeni ştamm... - Baş infeksionist AÇIQLADI

“Ölkəmizdə epidemioloji durum qənaətbəxşdir. Yoluxma hallarının sayı minimal həddədir. Lakin bu pandemiyanın bitməsi anlamına gəlmir”. 

Bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyətlə bağlı danışarkən deyib.

Ekspertin sözləribə görə, hər yeni ştam epidemik alovlanma törədə bilir:

“Əgər biz dünya ölkələrindəki vəziyyətlə tanış olsaq görərik ki, yoluxma hallarında azalmalarla yanaşı bəzi ölkələrdə artımlar da müşahidə edilir. Biz bilirik ki, pandemiya dalğalanmaqla cərəyan edir və hər yeni dalğanı virusun mutasiyaya uğramış və ötürücülüyü daha sürətli olan təzə ştamı törədir. Hazırda ölkədə hakim olan omikron ştamının özünün də azı iki mutasiyası yayılmaqdadır. Hər yeni ştam əhalinin əldə etdiyi immunitetdən müəyyən səviyyədə yayına bildiyindən yenidən epidemik alovlanma törədə bilir”. 

T.Eyvazov deyir ki, yeni yayılan ştam dominantlıq əldə edərsə, yeni dalğanı şərtləndirəcək:

“Əgər Çində və başqa ölkələrdə yayılan ştamlar digər ana ştamları dəf edərək dominantlıq əldə edə bilərsə, tezliklə ətraf ölkələrə yayılacaq və təbii ki, yeni dalğanı şərtləndirəcək. Hazırda bizi əhatə edən ölkələrdə belə hal yaşanmır və vəziyyətin bir müddət eynilə davam edəcəyi düşünülür”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4470
avatar

Fidan İlqar

Oxşar yazılar