Elektron siqaretin diş ətinə təsirləri
16 fevral 2023 16:02 (UTC +04:00)

Elektron siqaretin diş ətinə təsirləri

Elektron siqaretlərin diş əti qanaması riskinin artmasına səbəb olur. 

Lent.az xəbər verir ki, bu barədə məlumat "JAMA Network Open" jurnalında dərc olunub. 

Məlumata görə, elektron siqaretlər diş əti xəstəliklərinin yaranmasına gətirib çıxarır. Belə ki, ondan istifadə zamanı dişləri fırçalayarkən daha çox diş ətində qanama halları baş verir. Aparılan təcrübələr göstərir ki, vapingin kiçik tənəffüs yollarının tıxanmasına, nəfəs darlığına və sinə ağrısına səbəb olan amillər arasındadır. 

Mütəxəssislər onu da qeyd edib ki, tək elektron siqaret yox, həmçinin qəlyan, siqar və digər ənənəvi tütün məmulatları da diş ətinin zərər görməsinə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Sevinc Fərid

Oxşar yazılar