Əl və ayaqların üşüməsinin səbəbləri AÇIQLANDI
28 dekabr 2022 14:28 (UTC +04:00)

Əl və ayaqların üşüməsinin səbəbləri AÇIQLANDI

Rusiyalı nevroloq Ayset Yunusova əl və ayaqların daim donmasının səbəbini izah edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əl və ayaqların üşüməsi dəmir çatışmazlığından irəli gəlir.

Nevroloqun sözlərinə görə, bu problem ilin demək olar ki, istənilən vaxtında davam edə bilər.

O bildirib ki, dəmir çatışmazlığı anemiyası öz növbəsində, digər orqanların patologiyaları ilə əlaqələndirilə bilər:

"Həddindən artıq soyuqluğun və soyuğa qarşı həssaslığın başqa bir səbəbi endokrin xəstəliklər ola bilər. Tez-tez üşümək hissi tiroid bezi ilə bağlı problemləri göstərir. Bu patologiya həm də dərinin solğunluğu ilə də özünü göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Arzu Qurbanlı

Oxşar yazılar