Duz immunitet sisteminə mənfi təsir göstərir
14 fevral 2023 19:02 (UTC +04:00)

Duz immunitet sisteminə mənfi təsir göstərir

Pəhrizdə həddindən artıq duz immunitet sistemində pozğunluqlara səbəb olur.

Lent.az xəbər verir ki, bu barədə məlumat “Cell Metabolism” jurnalında dərc olunub.

Məlumata görə, tək pəhrizdə yox, ümumilikdə qida rasionunda həddindən artıq duzun istifadəsi immunitet sisteminə mənfi təsir göstərir. O, həmçinin immunitet sistemi ilə yanaşı, insanlarda ürək-damar, xərçəng kimi xəstəliklərə tutulma ehtimalını da artırır.

Duzun mənfi təsir göstərdiyi orqanlardan biri də böyrəklərdir. Yəni natriumun artıqlığı sümüklərdən kalsiumu yuyur, sidikdə daha çox oksalat və ya fosfat kalsium yığılır. Onlardan kristallar hasil olunur, kristallar sidik kisəsi və böyrəklərdə çökür və zamanla daşa çevrilir.

Duz daxili orqanlarla yanaşı, insanın xarici görünüşünə də təsir göstərir. Belə ki, ondan çox istifadə edən şəxslərin bədəni şişir, gözlərinin altı torbalanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Sevinc Fərid

Oxşar yazılar