Dünyada ilk: 19 yaşlı gəncdə bu xəstəlik aşkarlandı
15 fevral 2023 05:54 (UTC +04:00)

Dünyada ilk: 19 yaşlı gəncdə bu xəstəlik aşkarlandı

Çində 19 yaşlı vətəndaşda alsqeymer xəstəliyi aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə "Journal of Alzheimer's Disease"in məlumatında deyilir.

Müvafiq testləri apardıqdan sonra o, rəsmən dünyada bu xəstəlik diaqnozu qoyulan ən gənc insan olub.

Gənc oğlan hələ 17 yaşında olanda ev tapşırıqlarını yerinə yetirərkən diqqətini cəmləməkdə çətinlik çəkməyə başlayıb, vəziyyəti daha da pisləşib, qısamüddətli yaddaş itkisindən əziyyət çəkməyə başlayıb.

Həmin şəxs nə ötən gün baş verənləri, nə də əşyalarının harada olduğunu xatırlayır.

Oxumaqda və öz hisslərini ifadə etməkdə çətinlik çəkir.

Alsqeymer xəstəliyi adətən 65 yaşdan yuxarı insanlarda diaqnoz qoyulan, yaddaş itkisi və ağır koqnitiv davranış pozğunluqları ilə müşayiət olunan neyrodegenerativ xəstəlikdir.

Həkimlər qeyd ediblər ki, gənc çinlidə heç bir genetik mutasiya aşkar edilməyib.

Bu hadisədən əvvəl diaqnozun qoyulduğu ən erkən yaş 21 idi, lakin xəstədə gen mutasiyası aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar