Doğmaları ilə görüşməyənlərin DİQQƏTİNƏ: ölüm riskiniz YÜKSƏKDİR
09 dekabr 2023 14:27 (UTC +04:00)

Doğmaları ilə görüşməyənlərin DİQQƏTİNƏ: ölüm riskiniz YÜKSƏKDİR

Heç vaxt yaxınları tərəfindən ziyarət edilməmiş insanlar üçün ölüm riski digər insanlara nisbətən 39 faiz yüksəkdir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Şotlandiyada aparılan son araşdırma nəticəsində belə qənaətə gəlinib.

“BMC Medicine” jurnalında dərc edilən və orta yaşı 56,5 olan 458,146 insanın iştirak etdiyi araşdırmada ailə eləcə də dostlarla görüşməməyin ölüm riskini artırdığı aşkarlanıb. 

Hamiş Fosterin rəhbərlik etdiyi tədqiqatçılar qrupu sosial qarşılıqlı əlaqənin müxtəlif aspektlərini araşdırıb. 33 135 nəfər üzərində 12 il ərzində aparılan müşahidələr yaxınları tərəfindən heç vaxt ziyarət olunmayanlar üçün ölüm riskinin 39 faiz daha yüksək olduğunu göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar