Dərinin qocalmasını   ləngidən QİDALAR
23 noyabr 2023 14:51 (UTC +04:00)

Dərinin qocalmasını ləngidən QİDALAR

Düzgün qidalanma dərinizin gözəlliyini və gəncliyini qorumağa kömək edir. 

Lent.az xəbər verir ki, pəhrizinizdəki qidalar nə qədər çox olsa, hüceyrə yaşlanmasının qarşısını alan daha çox faydalı maddələr bədənə daxil olur. 

Mütəxəssislərin sözlərinə görə, gündəlik qida rasionunda həmişə sağlam yağlar, vitaminlər, makro və mikroelementlər, həmçinin zülallar və karbohidratlar olmalıdır.

Gənc dərini qorumaq üçün pəhrizinizə yaşıl tərəvəz və meyvələr - ispanaq, brokoli, kivi, avokado və antioksidantlarla zəngin giləmeyvə əlavə etməyi məsləhət görülür. Bu məhsulların tərkibində qan dövranını yaxşılaşdıran və kollagen istehsalını təşviq edən C və E vitaminləri var. Onlar həmçinin dərinin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparmağa kömək edirlər.

Bundan əlavə, balıq istehlakını da çoxaltmalısınız. Qızılbalıq, tuna, skumbriya və sardina iltihabla mübarizə aparan, hüceyrələrin yenilənməsini stimullaşdıran və dərinin nəm səviyyəsini saxlayan omeqa-3 yağ turşularının mənbəyidir. Badam, qoz, kətan və çia toxumları da dəri üçün çox faydalıdır, həmçinin dərinin cavanlaşmasına kömək edən çoxlu miqdarda protein və antioksidant ehtiva edən lobya, mərcimək və noxud kimi qidalar da var.

Nəhayət, bütün taxıl qidalar - yulaf əzməsi, qarabaşaq yarması, qəhvəyi düyü bədəndən toksinləri çıxarmağa və sağlam dərini saxlamağa kömək edir. Mütəxəssislər qeyd edib ki, dərinin nəmli və gənc qalmasına üçün çox su içmək də vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21927
avatar

Sevinc Fərid

Oxşar yazılar