COVID-ə yoluxanlarda  qoxu hissinin   İTMƏSİNİN SƏBƏBLƏRİ
25 dekabr 2022 09:09 (UTC +04:00)

COVID-ə yoluxanlarda qoxu hissinin İTMƏSİNİN SƏBƏBLƏRİ

Alimlər koronavirusa yoluxan insanlarda qoxu qabiliyyətinin niyə itdiyini öyrəniblər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Duke Universiteti, Harvard və Kaliforniya universitetlərinin alimləri fərdi hüceyrələrin mürəkkəb analizindən istifadə edərək, COVID-19-dan sonra uzun müddət qoxu itkisi hallarını təhlil ediblər. 

Analiz zamanı qoxubilmə epitelində, qoxu sinir hüceyrələrinin yerləşdiyi burun toxumalarında iltihab reaksiyasında iştirak edən “T” hüceyrələrinin geniş infiltrasiyası aşkar edilib.

Davam edən iltihab nəticəsində toxuma zədələnməsi səbəbindən qoxu neyronlarının sayı azalıb. Eyni zamanda, neyronlar, alimlərin aşkar etdiyi kimi, uzunmüddətli immun hücumundan sonra da bərpa etmək qabiliyyətini qoruyub saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Arzu Qurbanlı

Oxşar yazılar