COVID-19-dan ölümləri azaldan dərmanlar  AÇIQLANDI
17 oktyabr 2021 14:10 (UTC +04:00)

COVID-19-dan ölümləri azaldan dərmanlar AÇIQLANDI

Xolesterol dərmanları, COVID-19 xəstələrində ölüm nisbətini azaltmağa kömək edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Karolinska İnstitutunun alimləri araşdırma nəticəsində bu nəticəni əldə ediblər.
Araşdırma İsveçdə aparılıb. Yaşı  45-dən yuxarı olan bir milyona yaxın insan iştirak edib. Nəticələr xəstənin qəbul etdiyi dərman haqqında məlumatların təhlili və ölüm səbəblərinin qeydinə əsaslanıb.

Nəticələr göstərir ki, statinləri (xolesterinin azaldılması üçün dərman) qəbul edən insanlar koronavirusdan daha az ölürlər. Bundan əlavə, bu dərmanlar qan damarlarında iltihabı azalda bilər.

Eyni zamanda, alimlər xolesterinin və koronavirus zamanı ölüm səviyyəsinin azaldılması üçün dərmanlardan istifadə edilməsi arasında səbəb-nəticə əlaqəsi haqqında dəqiq nəticələr çıxarmaq üçün əldə edilən məlumatların kifayət qədər olmadığını qeyd edirlər.


 

# 8391
avatar

Oxşar yazılar