Buz pəhrizi:  6 həftəyə 20 kilo arıqlayacaqsınız
23 sentyabr 2024 14:28 (UTC +04:00)

Buz pəhrizi: 6 həftəyə 20 kilo arıqlayacaqsınız

Avropa ölkələrində yeni pəhriz populyarlıq qazanıb. Belə ki, bu pəhrizlə cəmi altı həftə ərzində 20 kiloqrama qədər arıqlamaq mümkündür. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, buz pəhrizində hər gün əzilmiş buzla 1 litr çox soyuq su içmək lazımdır.

Pəhriz, bədənin buzu əritmək üçün çox səy göstərməli olacağı fərziyyəsinə əsaslanır ki, bu da kalori istehlakını artıracaq.

Harvard Universitetinin tədqiqatçıları iddia edirlər ki, buzlu su içmək həftədə 2800-ə qədər kalori istehlakını artırır.

Altı həftə ərzində 14/10 sisteminə uyğun yemək yeməli olduğunuzu nəzərə almalısınız. Yəni 14 saat ərzində üç dəfə yemək yeməyə vaxt tapmalı, qalan 10 saatda isə ac qalmalısınız. 

Nəhayət, buz pəhrizi sağlam çəkiyə qayıtmağınıza kömək edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Arzu Qurbanlı

Oxşar yazılar