Büsqalterdə yatmağın   faydalı olduğu  AÇIQLANDI
26 fevral 2024 16:37 (UTC +04:00)

Büsqalterdə yatmağın faydalı olduğu AÇIQLANDI

Onkoloji cərrahlar qadınlar üçün büstqalterdə yatmağın faydalı olduğunu açıqlayıb. 

Lent.az xəbər verir ki, Amerikadan olan həkim Marqaret Tompson bununla bağlı öz fikrini bölüşüb.

Onun sözlərinə görə, büstqalterdə yatmaq bəzi hallarda faydalı ola bilər. 

Həkim bildirib ki, belə yatmaq döş ağrısını aradan qaldırdığını, döşlərin altındakı göbələk infeksiyalarının qarşısını aldığını və məmə uclarının qıcıqlanma riskini azaldır. Həmçinin, belə yuxu, süd verən qadınları bakteriyalardan qoruyur və uzanma izlərini azaldır.

“Bununla belə, dar büstqalterdə yatmaq təhlükəlidir, - həkim əlavə edib.

O qeyd edib ki, dar alt paltarı yuxu zamanı qan axınına təsir göstərərək, sürtünmə və dərinin zədələnməsinə səbəb ola bilər, infeksiyaya yoluxma ehtimalını artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7293
avatar

Oxşar yazılar