Bu tarixdən dünyada hər beş nəfərdən biri obez olacaq
04 aprel 2022 19:16 (UTC +04:00)

Bu tarixdən dünyada hər beş nəfərdən biri obez olacaq

  2025-ci ilə qədər dünyada hər beş nəfərdən birinin obezite (piyli) olacağı təxmin edilir.

 Piylənməyə qarşı maarifləndirməni artırmaq və bununla mübarizəyə diqqəti cəlb etmək üçün 4 Mart Ümumdünya Obezite Günü kimi qəbul edilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyada təxminən 800 milyon insan diabet, ürək və xərçəng kimi bir çox sağlıq probleminə səbəb olan piylənmə ilə yaşayır.

  10 ildən sonra obezite ilə mübarizə aparan uşaqların sayının 2030-cu ilə qədər 60 faiz artaraq 250 milyona çatacağı gözlənilir.

  Dünya Obezite Federasiyasının paylaşdığı hesabatda 2025-ci ilə qədər qlobal piylənmə nisbətinin kişilərdə 18, qadınlarda 21 faizə yüksələcəyi təxmin edilir.

  Hesabata görə, ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada obezite halları dünyada bütün xəstələrin təxminən üçdə birini təşkil edir.

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Sakit okeanın cənubunda yerləşən Mikroneziya ada ölkəsi Nauru əhalisinin 61 faizi obezdir.

  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən yüksək piylənmə nisbəti 36,2 faizlə ABŞ-da müşahidə edilir.

  Dünyada ən aşağı piylənmə göstəricisi olan ölkə isə Vyetnamdır.

  Əvvəllər yalnız yüksək gəlirli ölkələrdə rast gəlinən obezite problemi bu gün orta və aşağı gəlirli ölkələrdə artmaqdadır.

  Afrika qitəsində də piylənmə nisbətləri artır.

  ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moetinin sözügedən mövzu ilə bağlı deyib: “2023-cü ilə qədər hər 10 uşaq və ya gəncdən biri və hər 5 yetkin obez olacaq. Afrika da artan piylənmə və çəki artımı problemi ilə üzləşir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

Oxşar yazılar