Bu səhər vərdişi ürəyiniz üçün  təhlükəlidir: kardioloqlardan  həyəcan siqnalı verdi
13 iyun 2025 19:59 (UTC +04:00)

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

Gününə necə başladığınız təkcə özünüzü necə hiss etdiyinizə deyil, həm də ürək-damar sisteminizin sağlamlığına təsir edir.

Lent.az bununla bağlı maraqlı məlumatları təqdim edir:

Günün başlanğıcı sağlamlığımıza, xüsusən də ürəyimizə əhəmiyyətli dərəcədə təsir edir. Hamıya məlumdur ki, səhər siqaret çəkmək, elektron siqaret (veyp) istifadə etmək və ya alkoqol qəbul etmək zərərlidir. Lakin kardioloqlar, zərərsiz görünən bir vərdişin belə ürəyə ciddi zərər verə biləcəyini vurğulayırlar.

Məlumata görə, kardioloqlar oyanandan sonrakı ilk bir saat ərzində heç vaxt etməməyi tövsiyə etdikləri vərdiş barədə xəbərdarlıq edirlər. Cavab sadədir: səhər oyanan kimi telefonu yoxlamayın.

Səhər "skrollinqi" (ekranı aşağı-yuxarı sürüşdürmək) niyə təhlükəlidir?

Kardiotorakal cərrah Aleksandra Xarazi izah edir: məsələ təkcə stress hormonlarının ifraz olunmasında deyil. Bu vərdiş günün ümumi ritmini müəyyənləşdirir.

Ürək üçün faydalı işlər görmək əvəzinə  sağlam səhər yeməyi hazırlamaq, meditasiya, qəhvə içmək, fiziki məşq etmək, itlə gəzintiyə çıxmaq və ya yaxınlarınızla ünsiyyət qurmaq - siz özünüzü informasiya axınına qərq edirsiniz. Bu informasiya isə çox zaman narahatlıq, stress və "nəyisə qaçırmaq qorxusu" (FO — Fear of Missing Out) yaradır.

Kardioloq və tibb professoru Pol Bxella da təsdiqləyir ki, həm kəskin, həm də xroniki psixoloji stress yüksək qan təzyiqi, infarkt və ürək çatışmazlığı ilə birbaşa əlaqəlidir. Əgər səhər telefonun yoxlanılması mənfi emosiyalar və ya stress yaradırsa, bu, birbaşa ürəyə təsir edir.

Psixoloqlar da bildirirlər ki, müasir insanlar böyük informasiya axınını emal etdikləri üçün dopamin tükənməsi yaşayırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar