Bu ölkədə COVID testi müsbət çıxanlara  pul veriləcək
10 dekabr 2021 19:56 (UTC +04:00)

Bu ölkədə COVID testi müsbət çıxanlara pul veriləcək

Çinin Harbin şəhərində yerli hakimiyyət orqanları COVID-19 testi müsbət çıxan hər bir vətəndaşa 1500 dollar ödəməyə qərar verib.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, lakin bu məbləği yalnız testdən öz hesabına keçən yoluxmuş şəxslər alacaq.
 
Koronavirusa yoluxma hallarının az olması səbəbindən belə tədbirlər görülüb. Harbində gündə cəmi 10 virusa yoluxma halı aşkar edilir.

Səlahiyyətlilər hesab edir ki, insanlar virusa yoluxduqlarını bildirməkdən qorxduqları üçün testdən yayınırlar. İndi müsbət nəticə halında 1570 dolları, yalnız könüllü olaraq yoxlama üçün məntəqəyə gələnlər ala biləcək.

Onlar Harbində yoluxma hallarının qeydə alındığı yerlərlə bağlı xəbərləri yaxından izləməyə və profilaktik tədbirlərin həyata keçirilməsi üçün yoluxmuş şəxslərlə mümkün təmas halında təşəbbüs göstərməyə çağırıblar.

“Əgər siz COVID-19 əlamətlərini hiss etsəniz, maska taxın, ən yaxın klinikaya gedin və hara getdiyinizi və kiminlə əlaqə saxladığınızı bizə bildirin”, - şəhərin səhiyyə orqanlarının açıqlamasında vurğulanır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar