Baş ağrısını kəsmək üçün atdığımız dərmanların ZİYANI VAR? - Həkim danışdı
07 fevral 2023 15:36 (UTC +04:00)

Baş ağrısını kəsmək üçün atdığımız dərmanların ZİYANI VAR? - Həkim danışdı

Bəzi insanlar ağrını kəsmək üçün qarşılarına çıxan ilk aptekə daxil olub adını belə bilmədikləri dərmanları qəbul edirlər. 

Bu nə dərəcə də doğrudur?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova bildirib ki, həkim təyinatı olmadan dərmanların istifadəsi baş ağrılarını daha da güclənə bilər:

"Bu, tamamilə yanlış addımdır. Çünki həkim təyinatı olmadan satılan dərmanların həddindən artıq istifadəsi əslində əks təsirə səbəb ola bilər. Yəni, baş ağrıları daha da güclənə bilər. Belə pasientləri müalicə etmək çətindir, çünki onlar minimal ağrı belə olanda dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirməli olduqları səbəbləri isə aradan qaldırmırlar.

Belə pasientlər mütləq maarifləndirilməli və preventiv uzunmüddətli müalicəyə alınmalıdılar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların intensivliyi, şiddəti azalır, yaxud uzun illər özünü biruzə vermir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Fidan İlqar

Oxşar yazılar