"Baş ağrıları üçün çoxlu su içmək lazımdır" - HƏKİM
16 fevral 2023 12:53 (UTC +04:00)

"Baş ağrıları üçün çoxlu su içmək lazımdır" - HƏKİM

Soyuq havalarda insanlar baş ağrısından daha çox əziyyət çəkir. Bu miqreni olanlar üçün isə daha problemli vəziyyətə gətirib çıxarır. Çünki hava dəyişkənliyi miqren xəstələrinə təsir edən əsas amillər arasındadır. Soyuq havalarda sinüzit baş ağrısı digər baş ağrıları ilə çox qarışdırılır. Ancaq onun fərqli tərəfləri var. Belə ki, burun axması,burun tutulması, səsin dəyişməsi və üz dolğunluğun yaranması sinüzitin əsas kliniki əlamətlərindəndir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, daimi başı ağrıyan insanlar, miqren xəstələri soyuq havalarda çox çölə çıxmamalıdır. 

Onlar saçlarını yaş qoymamalı, dərmanlarını düzgün vaxtda atmalı, qidalanma və yuxu rejimlərinə diqqət etməlidirlər. 

Türkiyəli həkim Esra Acıman Demirel su içməyin baş ağrısına qarşı təsirindən danışıb:

“Tez-tez miqreni tutan insanlar çay, qəhvə və meyvə şirələrindən uzaq durmalıdırlar. Bu kimi içkilər onların su ehtiyacını kifayət qədər qarşılamır. Az su içmək də baş ağrısını yaradacaq səbəblərdən biridir. Buna görə, çalışıb bacardıqca çoxlu su içilməlidir”. 

Həkimin sözlərinə görə, daimi baş ağrılarına səthi yanaşmaq düzgün deyil. 

“4 saatdan çox və 72 saatdan az davam edən baş ağrılarını miqren olaraq qəbul edirik. Miqren ağrılar ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Bunun üçün mütləq həkimə müraciət etməlisiniz. Bu, çox ciddi xəstəlik növüdür. “Elə-belə baş ağrısıdır” deyib keçmək olmaz. Ona səbəb olan amillərdən qaçmaq lazımdır",-deyə o bildirib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Sevinc Fərid

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14