Azərbaycanda "donuz qripi"  TƏHLÜKƏSİ   - AÇIQLAMA
09 dekabr 2022 18:05 (UTC +04:00)

Azərbaycanda "donuz qripi" TƏHLÜKƏSİ - AÇIQLAMA

Bu yaxınlarda Rusiyanın 74 regionunda "donuz qripi"nə yoluxma qeydə alınıb. Rusiyanın Azərbaycanla qonşu olduğunu və iki ölkə arasında gediş-gəlişin çox olduğunu nəzərə alsaq, "donuz qripi"nə yoluxma ilə bağlı Azərbaycanda da narahatlığa əsas var. 

Maraqlıdır, görəsən, Azərbaycanda "donuz qripi" ilə bağlı vəziyyət necədir? İndiyədək bu virusa yoluxma qeydə alınıbmı? 

Lent.az-ın məsələ ilə bağlı sorğusuna Səhiyyə Nazirliyindən  bildirilib ki, Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır:

“Azərbaycanda hələ ki "donuz qripi" qeydə alınmayıb. Hazırda qeydə alınan xəstəliklər kəskin respirator xəstəliklər və mövsümü qrip virusudur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Arzu Qurbanlı

Oxşar yazılar