Aspirin bağırsaq xərçənginin  təkrarlanma riskini yarıya endirir - ARAŞDIRMA
22 sentyabr 2025 17:21 (UTC +04:00)

Aspirin bağırsaq xərçənginin təkrarlanma riskini yarıya endirir - ARAŞDIRMA

0

Bağırsaq xərçəngi olan pasiyentlərdə əməliyyatdan sonra gündəlik az dozada aspirin qəbulu xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyadan olan 3500-dən çox pasiyent iştirak edib. Həkimlərin müəyyən genetik mutasiyalar aşkarladığı pasiyentlər üç il ərzində hər gün 160 milliqram aspirin qəbul ediblər. Nəticədə şişin geri qayıtma riski 50 faizdən çox azalıb.

“Bu, klinik praktikaya dəyişiklik gətirə bilər”, - araşdırmanın rəhbəri, Stokholmdakı Karolinska İnstitutunun professoru Anna Martlinq bildirib.

Alimlər bu effekti aspirin qəbulunun iltihabı azaltması və trombositlərin şişi qorumasına mane olması ilə izah edirlər. Lakin preparatın riskləri də var: eksperiment zamanı bir neçə pasiyentdə ağır yan təsirlər –mədə-bağırsaq qanaxmaları və hətta insult  müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən iki milyon bağırsaq xərçəngi hadisəsi qeydə alınır və xəstəlik getdikcə daha çox 50 yaşdan aşağı insanları təsirləndirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar