Arıqlamaq üçün bu qidaları yeyin –  Dietoloq məsləhəti
12 fevral 2023 09:09 (UTC +04:00)

Arıqlamaq üçün bu qidaları yeyin – Dietoloq məsləhəti

“Arıqlamaq üçün ən ideal qidalar mərcimək, lobya, noxud və digər paxlalı bitkilərdir”.

Lent.az-ın məlumatına görə, bu sözləri dietoloq və endokrinoloq Maira Rau deyib.

Onun sözlərinə görə, aşağı kalorili paxlalı bitkilər yüksək qidalandırıcı xüsusiyyətə malikdir və buna görə də insanları daha uzun müddət tox tutur.

Dietoloq bu qidaların bir neçə xəstəliyə qarşı effektiv təsir göstərdiyini də vurğulayıb:

“Paxlalı bitkilərin qida rasionuna müntəzəm daxil edilməsi ürək-damar xəstəliklərinin və 2-ci tip diabetin inkişafının qarşısını almağa kömək edir”, - Rau bildirib.

Başqa bir dietoloq Marqarita Koroleva isə paxlalı bitkilərdən axşam saatlarında istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu, yatmazdan əvvəl əlavə qidalara müraciət etməməyə kömək edəcək.

Mütəxəssis onu da vurğulayıb ki, paxlalı bitkilərin tərkibində zülal, çoxlu miqdarda mineral, vitamin və lif var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

Sevinc Fərid

Oxşar yazılar