Alma alanda bunlara DİQQƏT EDİN
28 avqust 2024 12:24 (UTC +04:00)

Alma alanda bunlara DİQQƏT EDİN

Alma demək olar ki, bütün fəsillərdə yeyilən meyvələrdən biridir. Buna baxmayaraq, alma seçərkən bəzi nüanslara diqqət etmək lazımdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis almaların çeşid fərqlərinə və rənginə diqqət yetirməyə çağırırlar.

Qırmızı almada daha çox antosiyanin, sarı almada daha çox xlorofil, yaşıl almada daha çox turşuluq var. Müxtəlif növ almaların faydalı xüsusiyyətləri oxşardır.

Mövsümi, yerli olaraq yetişdirilən sortları almaq lazımdır.

Xaricdən gətirilən bütün almalar kimyəvi maddələrlə müalicə olunur, yolda yetişir və emaldan sonra həmişə yuyula bilmir.

Belə almalar bağırsaqların qıcıqlanmasına səbəb ola bilər. Buna görə də, alma alarkən daha çox mövsümi məhsullara diqqət yetirin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Arzu Qurbanlı

Oxşar yazılar