87 dəfə COVID-19-a qarşı  peyvənd vurdurdu
03 aprel 2022 20:35 (UTC +04:00)

87 dəfə COVID-19-a qarşı peyvənd vurdurdu

Almaniya sakini sonradan peyvənd sertifikatını satmaq üçün bir neçə ay ərzində 87 dəfə koronavirusa qarşı peyvənd olunub və polis tərəfindən saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Maqdeburqdan olan 60 yaşlı kişi Saksoniya fededral torpağındakı peyvənd mərkəzlərində bir neçə ay ərzində 87 COVID-19 peyvəndi vurulub.

Alman kişi Eylenburq şəhərinin tibb mərkəzində saxlanılıb - növbəti doza üçün o, iki gün dalbadal eyni yerə gəlib.

Polis həmin şəxsdən (hər peyvənd üçün yeni sənədlərlə gəlirdi) bir neçə formada peyvənd kartını müsadirə edib və cinayət işi açıb: hazırda araşdırma aparılır.

Qeyd olunur ki, çoxsaylı peyvəndlər peyvəndlərin əleyhdarlarına peyvənd sertifikatlarının satışı ilə bağlı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Oxşar yazılar