Bill Qeyts
23 dekabr 2020 19:35 (UTC +04:00)

Bill Qeyts

Peyvəndlərə baxmayaraq pandemiya güclənəcək - Bill Qeyts

Önümüzdəki aylarda, bir çox ölkədə peyvəndləmə başlamasına baxmayaraq, yeni növ koronavirus virusu pandemiyasında bir artım gözləyə bilərik.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisələrin bu cür inkişafını “Microsoft”un qurucusu Bill Qeyts şəxsi blogunda ili yekunlaşdıraraq proqnozlaşdırıb

"Təəssüf ki, hələ də çətinliklərin öhdəsindən gəlməmişik", - Qeyts yazıb və izah edib ki, kompüter modelləri 2021-ci ilin ilk aylarında qlobal problemlərin daha da pisləşəcəyini proqnozlaşdırır. O, eyni zamanda yüksək dərəcədə yoluxucu olan virusun yeni bir mutasiyasının öyrənilməsinin tələb olunduğunu vurğulayıb.

Milyarder tibbi maskalar və sosial məsafənin xəstəliyin yayılmasının qarşısını almaq üçün təsirli yol olaraq qaldığını da xatırladıb. Digər məhdudiyyətlər kimi, gələn il də qalsalar da, zaman keçdikcə peyvəndlər sayəsində vəziyyət normallaşacaq.

Qeyts peyvəndlərin effektivliyinə inanmayanların sayının getdikcə artdığından da şikayətlənib.

Bundan əvvəl Qeyts artıq koronavirus məhdudlaşdırma tədbirlərindən danışmışdı: ona görə yoluxma riski 2022-ci ilə qədər ABŞ-da qalacaq.

 

# 4998
avatar

Oxşar yazılar