Bu vərdişlər artıq çəkiyə  SƏBƏB OLUR
04 may 2022 06:45 (UTC +04:00)

Bu vərdişlər artıq çəkiyə SƏBƏB OLUR

Bir çox insan arıqlamaqda çətinlik çəkir.

Lent.az xəbər verir ki, bəzi vərdişlər artıq çəkiyə səbəb olduğundan arıqlama prossesi yavaşlayır.

Bu vərdişlər arasında əsasən axşam fəaliyyətləri var: ağır şam yeməyi, gecə şokolad yemək, çox gec idman etmək və yatmazdan əvvəl şərab içmək. 

Gecələr ədviyyatlı yeməklər yemək, uzun müddət sosial şəbəkələrdə və ya televizor qarşısında vaxt keçirmək çox zərərlidir.

Arıqlamaq istəyənlər səhər yeməyini düzgün yeməlidir. 

Səhərlər pendir, avokado və tam taxıl çörəyi kimi qidalar arıqlamağa kömək edir. 

Sağlam həyat tərzi və idman sahəsində ekspert Yekaterina Davydova bildirib ki, səhər yeməyində sıyıq və quru meyvələr yeyə bilərsiniz.
 

# 2100
avatar

Oxşar yazılar