Mehriban Əliyevadan ad günü təbrikinə görə bu uşaqlara  TƏŞƏKKÜR
27 avqust 2021 19:58 (UTC +04:00)

Mehriban Əliyevadan ad günü təbrikinə görə bu uşaqlara TƏŞƏKKÜR

“Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm”.

Lent.az-ın məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” hesabında yazıb.

Paylaşımda deyilir:

”Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.

Tezliklə görüşmək ümidi ilə,

Sizin Mehriban”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Oxşar yazılar