Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
22 mart 2024 16:00 (UTC +04:00)

Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Lent.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.

2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4916

Oxşar yazılar

Eldar İbrahimov

Prezidentdən Eldar İbrahimovla bağlı SƏRƏNCAM

11 mart 2025 , 14:24
Mehriban Əliyevadan 8 MART PAYLAŞIMI

Mehriban Əliyevadan 8 MART PAYLAŞIMI

8 mart 2025 , 10:18
Mehriban Əliyeva Gəncəyə gedib

Mehriban Əliyeva Gəncəyə gedib

6 mart 2025 , 19:25
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

5 mart 2025 , 18:54
Prezidentdən 8 Mart  təbriki

Prezidentdən 8 Mart təbriki

5 mart 2025 , 18:10
İğdır-Naxçıvan  qaz kəmərinin açılışı oldu

İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu

5 mart 2025 , 17:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

5 mart 2025 , 13:49
İlham Əliyev ona şiddətli töhmət  verdi

İlham Əliyev ona şiddətli töhmət verdi

4 mart 2025 , 16:13