Zeytun yağından istifadə zamanı  edilən dörd əsas səhv
27 yanvar 2026 16:26 (UTC +04:00)

Zeytun yağından istifadə zamanı edilən dörd əsas səhv

0

 

Zeytun yağı istifadə edərkən edilən bəzi səhvlər onun faydasını azaldır, hətta zərərli hala gətirə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox insan zeytun yağının hər zaman sağlam seçim olduğunu düşünsə də, gündəlik istifadə zamanı yol verilən yanlışlar məhsulun qida dəyərini ciddi şəkildə aşağı sala bilər.

 Zeytun yağını həddindən artıq qızdırmaq

Ən çox edilən səhvlərdən biri zeytun yağını tüstülənənə qədər qızdırmaqdır. Tüstülənmə temperaturu yağın növündən asılı olaraq dəyişir:

Extra virgin zeytun yağı təxminən 160–190°C temperaturda tüstülənməyə başlayır

Rafinə olunmuş zeytun yağı isə daha yüksək temperaturda – 220–240°C-yə qədər davam gətirə bilir

Mütəxəssislər bildirirlər ki, yağ həddindən artıq qızdırıldıqda faydalı polifenollar parçalanır, yağda acılıq və xoşagəlməz qoxu yaranır, oksidləşmə prosesi sürətlənir və arzuolunmaz dəyişikliklər baş verir

Qeyd olunur ki, extra virgin zeytun yağı daha çox salatlar, souslar və orta temperaturda bişirmə üçün uyğundur. Güclü odda qızartma üçün isə rafinə olunmuş zeytun yağı və ya digər yağlardan istifadə etmək daha məqsədəuyğundur.

Yanlış saxlanma qaydaları

Zeytun yağı işıq və yüksək temperaturun təsiri altında daha tez oksidləşir. Bu zaman antioksidantlarını itirir və dadı acılaşa bilər. Xüsusilə temperaturun tez-tez dəyişməsi yağa mənfi təsir göstərir.

Zeytun yağını düzgün saxlamaq üçün tövsiyələr: qaranlıq və sərin yerdə saxlamaq (14–18°C ideal sayılır), hava keçirməyən, möhkəm qapaqlı qabdan istifadə etmək, günəş işığından, istilikdən və hava ilə təmasdan qorumaq, böyük həcmdə yox, az miqdarda alıb bir neçə ay ərzində istifadə etmək.

Zeytun yağını çox və ya az istifadə etmək

Məqalədə qeyd edilir ki, zeytun yağının miqdarı da düzgün seçilməlidir.

Çox istifadə edilərsə, yemək ağır və həddindən artıq yağlı olur, kalori miqdarı artır, salatlarda tərəvəzlərin dadını üstələyir, qızartma zamanı yağ daha tez tüstülənmə həddinə çatır

Az istifadə edilərsə, məhsullar tam dadını açmır, sous və ya yağ bərabər yayılmır, yemək yanır və tavaya yapışa bilər

Tövsiyə olunan ölçülər:

salatlar üçün: bir porsiyaya 1–1,5 xörək qaşığı

qızartma üçün: tavanın dibini örtəcək nazik qat

marinad və souslar üçün: 1:1 və ya 2:1 nisbəti

İstifadədən əvvəl zeytun yağını yoxlayın

Hətta keyfiyyətli zeytun yağı belə düzgün saxlanmadıqda təzəliyini itirə bilər. İstifadədən əvvəl yağın qoxusuna və dadına baxmaq tövsiyə olunur. Təzə zeytun yağı adətən meyvə notları ilə yanaşı, yüngül acılıq və xoş pikantlıq hissi verir.

Əgər zeytun yağı karton kimi qoxuyur və dadı da köhnə, acı və xoşagəlməzdirsə, bu onun köhnəldiyini və istifadəyə yararsız olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar