Yumurtasız və südsüz şokoladlı biskvit  RESEPTİ
15 yanvar 2026 15:20 (UTC +04:00)

Yumurtasız və südsüz şokoladlı biskvit RESEPTİ

0

Mikser istifadə etmədən, yumurta, süd və kərə yağı olmadan hazırlanan sadə və büdcəyə uyğun şokoladlı biskvit bişirin. Bu biskvit içəridən nəmli, yumşaq və zəngin şokolad dadına malik olur. İstəyə görə onu üç laylı şəkildə kəsib istənilən krem, mürəbbə ilə sürtə və üzərini şokolad qlazuru ilə bəzəyə bilərsiniz.

Lent.az bu resepti təqdim edir:

İnqrediyentlər

buğda unu - 200 qram

şəkər - 170 qram

kakao tozu - 40 qram

qida sodası - 1 çay qaşığı

duz - bir çimdik

vanilli şəkər - 10 qram

su - 220 millilitr

bitki yağı - 70 mililitrl

sirkə - 1 çay qaşığı

Hazırlanma qaydası

Quru qarışım üçün bir qabda unu, şəkəri, kakao tozunu, qida sodasını, duzu və vanilli şəkəri birləşdirin və yaxşıca qarışdırın. Ayrı bir qabda suyu, yağı və sirkəni qarışdırın, üzərinə quru qarışımı əlavə edib yenidən qarışdırın.

Qarışımı 10 dəqiqə dincəlməyə qoyun. Bişirmə formasının dibini perqament kağızı ilə örtün və xəmiri formaya tökün. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Hazır olub-olmadığını taxta şişlə yoxlayın. Tam soyuduqdan sonra formadan çıxarın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar