Vitaminli, doyumlu  və dadlı Vineqred salatı – Lent.az-ın MƏTBƏXİNDƏ
13 aprel 2022 18:39 (UTC +04:00)

Vitaminli, doyumlu və dadlı Vineqred salatı – Lent.az-ın MƏTBƏXİNDƏ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkədə “Ev yemekleri” adı ilə tanınan səhifəyə istinadən vitaminli, asan və dadlı “Vineqred” salatının hazırlanma qaydasından danışacağıq.

Tərəvəzlərdən hazırlanan vineqred salatının qədim tarixi var.  İlk dəfə Avropada hazırlanmış bu soyuq qəlyanaltı öz adını fransız dilində "vinaigre" (sirkə) sözündən götürüb. Çünki salatın tərkibinə bitki yağından əlavə sirkə də qatılır. Təbii ki, bu zövq məsələsidir. 

Lazım olan ərzaqlar: 

4 ədəd orta boy kök

4 ədəd orta boy çuğundur

6 ədəd orta boy kartof

2 ədəd xırda qırmızı soğan

2 stəkan bişmiş lobya

3 ədəd orta boy duzlu xiyar

200 qram molokan kələmi

Zövqə görə

Duz, istiot 

150 ml duru yağ

1 dəstə cəfəri

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun! 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5229
avatar

Sevinc Fərid

Oxşar yazılar