Rəngli Suriya çipsiləri
01 aprel 2021 06:08 (UTC +04:00)

Rəngli Suriya çipsiləri

Rəngli Suriya çipsiləri: Necə hazırlanır?

Suriya çipsiləri son vaxtlar ən maraqlı qəlyanaltılar sırasındadır. Suriya, Hələb çipsiləri və ya sehrli çipsilər olaraq da bilinən bu qəlyanaltı, xüsusilə sosial mediada paylaşıldıqdan sonra böyük marağa səbəb olub.

Rəngi ​​və açılışı ilə vizual bir ziyafət yaradan Suriya çipsilərinin resepti, hazırlamaq istəyənlərin marağına səbəb olur. Bəs bu çipsilər digərlərindən nə ilə fərqlənir və necə hazırlanır?

Rəngli Suriya çipsiləri

Lent.az Türkiyə mətbuatına istinadən rəngli Suriya çipsilərinin hazırlanma qaydasını təqdim edir:

Rəngarəng və xırtıldayan cipsiləri ilk baxışdan makarona bənzəyir. Heç bir qatqısı olmadığı üçün bu rəngarəng ləzzətlər çox ucuz və üstünlük verilən çipsilərdəndir. Suriya çipsilərinin tərkibi qarğıdalı unu, kartof, duz və qida boyasından ibarətdir.

Onu hazırlamaq üçün bu qaydalara riayət etmək vacibdir.

1. Yağ əvvəlcədən isti olmalıdır. Əks təqdirdə, çipsilər yağı özünə çəkə bilər.  

2. Çipsilər qazana az-az qoyulur və qarışdırılaraq şişmələri müşahidə olunur.

3. Şişmiş çipsilər boşqaba qoyulmadan əvvəl, artıq yağı varsa, kağız salfetin və ya parçanın üzərinə qoyulur.

Rəngli Suriya çipsiləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar